EN

ABŞ İranın nüvə obyektlərini vurmaq üçün İsrailə 11 tonluq bomba verəcək

Bild xəbər verir ki, Donald Tramp administrasiyası İsrailə ən güclü qeyri-nüvə bombalarından biri olan MOAB (“Bütün Bombaların Anası”) tədarükünü elan edib.

Busaat.az xəbər verir ki, bu 11 tonluq bomba yerin dərinliklərində olan obyektləri, məsələn, İranın nüvə obyektlərini məhv etməyə qadirdir.

Alman nəşri qeyd edir ki, Corc Buşdan Co Baydenə qədər ABŞ-ın bütün əvvəlki prezidentləri münaqişənin gərginləşməsindən qorxaraq bu silahları İsrailə verməkdən imtina ediblər.

Ekspertlər hesab edir ki, bu, İranın nüvə obyektlərinə mümkün hücum üçün siqnal ola bilər.

Chosen
48
busaat.az

1Sources