EN

Rusiya neftinin ucuzlaşmasının səbəbi açıqlanıb

Rusiyanın Urals xam neftinin ixracı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları səbəbindən ucuzlaşıb...

Poliqon bu barədə Bloomberg Agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bu rus xammalının qiyməti dekabr ayından bəri ilk dəfə bir barel üçün 60 dollardan aşağı düşüb. Bundan əlavə, Rusiya ixracatçıları nefti bir barel üçün 16 dollara qədər əlavə endirimlərlə satırlar. Müqayisə üçün qeyd edək ki, 2023-cü il ərzində Urals neftinin qiyməti 80 dollar/barel səviyyəsində qalıb.

Digər məsələlərlə yanaşı, Rusiya tədarükçüləri malların Asiya ölkələrinə çatdırılmasının gəlirliliyi məsələlərini həll etməlidirlər. ABŞ-ın keçmiş prezidenti Co Baydenin Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiyalar Hindistan və Çin limanlarına nəqli xüsusilə çətinləşdirib.

Yanvarın 10-da isə ABŞ Rusiyadan karbohidrogenlərin daşınmasında iştirak edən 161 rus tankerinə qarşı sanksiyalar tətbiq edib. Hadisədən sonra Rusiya nefti daşıyan 65 tanker dünya üzrə lövbər salıb.

Poliqon.info

Chosen
13
poliqon.info

1Sources