EN

Azərbaycanlı gənc Yunanıstanda niyə saxlanılıb? - DETALLAR - VİDEO

Azərbaycanlı gənc Elvin Əhmədov Yunanıstanda həbs edilib.

Bir aydan çoxdur ki, həbsdə saxlanılan İmişli rayonu, Mircəlal kənd sakini Elvin Əhmədov "Xəzər Xəbər"ə bu barədə açıqlama verib.

Day.Az xəbər verir ki, o, telefon zəngində bildirib ki, 5 aydır, nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış.

O deyib ki, işi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən dənzidə qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.

Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderyus həbsxanasında saxlanılan Elvin idida edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstricisi belə Türkiyədən Yunasıntana qədər gəlmək üçün uyğun deyil.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 


 

Chosen
64
43
day.az

10Sources