EN

21 yaşınadək alıcılara alkoqol satılmayacaq

Yazını böyüt
Yazını kiçilt

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin ölkədə spirtli içkilərin satış yaşının 21-ə qaldırılmasını təklif edib. Bastrikin bildirib ki, bu tədbir gənclər arasında spirt istehlakının azalmasına kömək edəcək.

Hafta.az-ın yazdığına görə, Bastrikin vurğulayıb ki, qadağa təkcə yüksək alkoqollu içkilər deyil, həm də az alkoqollu içkilər və pivələri əhatə etməlidir. Hazırda Rusiyada spirtli içkilərin satışına 18 yaşdan sonra icazə verilir. Ancaq ABŞ və Qazaxıstan kimi bəzi ölkələrdə bu yaş həddi 21 olaraq tətbiq edilir.

Rusiya Səhiyyə Nazirliyi 2021-ci ildə sərt spirtli içkilərin satış yaşını 21-ə qaldırmağı təklif edib. Nazirlik 2022-ci ildə tərkibində 17,5 faizdən yuxarı spirt olan içkilərin 21 yaşdan aşağı şəxslərə satışının yasaqlanmasını gündəmə gətirib.

Bu yaxınlarda Rusiyada spirt istehlakı ilə mübarizə çərçivəsində müxtəlif məhdudiyyətlər tətbiq edilib:

- Voloqda vilayətində 1 mart tarixindən spirtli içki satışı yalnız iş günləri saat 12:00-14:00 arasında mümkün olacaq.

- Yaroslavl vilayətində martın 1-dən restoranlar istisna olmaqla, saat 23:00-08:00 arasında spirtli içkilərin satışı yasaqlanacaq. Bundan əlavə, çoxmənzilli binalarda yerləşən müəssisələrin alkoqol satışı üçün ən azı 25 kvadratmetrlik müştəri xidməti sahəsi olmalıdır.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko 2024-cü ilin noyabrında verdiyi açıqlamada ölkədə spirt istehlakının azalmasının son vaxtlar səngidiyini bildirib.

Chosen
31
hafta.az

1Sources