EN

Deputat həkim çatışmamazlığı ilə bağlı sorğu göndərəcək-Özəl

Milli Məclisin deputatı Vüqar Bayramov Böyük Bəhmənli kəndində kənd sakinlərinin müraciəti əsasında Ailə Sağlamlıq Mərkəzini ziyarət edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Füzuli rayonu Böyük Bəhmənli kəndində kənd sakinlərinin müraciəti əsasında Ailə Sağlamlıq Mərkəzini ziyarət etdik. 10 min nəfərdən artıq kənd sakinlərinə xidmət edən mərkəzin fəaliyyəti ilə tanış olduq və işçi heyəti ilə görüşdük.  

Ailə Sağlamlıq Mərkəzinin fəaliyyətini həm kənd sakinləri həmd ə işçi heyəti ilə geniş müzakirə etdik. Kənd sakinlərinin əsas müraciət Sağlamlıq Mərkəzində həkim çatışmamazlığı ilə bağlı oldu. Sakinlərin müraciətini nəzərə alaraq problemin aradan qaldırılması məqsədi ilə aidiyyəti sturuktrlara deputat sorğuları göndərməyi planlaşdırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources