Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Ceyms Vens Ermənistan-Amerika münasibətlərini müzakirə ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər, o cümlədən regional gündəm müzakirə olunub.
Paşinyan Vaşinqtonda işgüzar səfərdədir, o, beşinci Beynəlxalq Dini Azadlıq Sammitində və "Milli İbadət Səhər yeməyi"ndə iştirak edib.
Telegram kanalımız