EN

SOCAR-ın əsas strategiyası açıqlandı

Bakı. Trend:

SOCAR-ın strategiyası ümumilikdə klassik ənənəvi enerjişirkətindən həm aşağı karbonlu, həm də ənənəvi karbon sahələrindəçoxyönlü portfelə malik enerji şirkətinə keçməkdir.

Trend xəbərverir ki, bunu SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev IADCDrilling Caspian 2025 konfransı və sərgisinin ikinci günündəbildirib.

O bildirib ki, SOCAR-ın strategiyası həm ənənəvi, həm aşağıkarbonlu, həm də alternativ enerji mənbələri ilə enerjiehtiyaclarını qarşılayan çox yönlü bir şirkətə çevrilməkdir:

"COP29 enerji oyunçularını bir araya gətirməyə və öhdəliyi təminetməyə, qlobal enerji keçidini irəlilətməyə imkan verən və onunməqsədləri haqqında danışmağa imkan verən, iqlim dəyişikliyininhəllində, innovasiyaların təşviqində və beynəlxalq əməkdaşlığıntəşviqində irəliləyiş nümayiş etdirən strateji platforma rolunuoynadı.

Məhz bunun nəticəsidir ki, qlobal tərəfdaşlarla 20-dən çoxəməkdaşlıq müqaviləsi imzalanıb. Buraya rəqəmsal transformasiya,süni intellektdən istifadə, emissiyaların azaldılması, geotermalkəşfiyyat kimi alternativ enerji mənbələrinin tədqiqidaxildir".

"Neft və qaz sənayesi üçün əsas məsələlərdən biri metan qazınınazaldılması üçün 6-cı maddənin iqlim maliyyəsində istifadəsinintətbiqidir. Metanın azaldılması, onun tənzimlənməsi ümumi qlobalistiləşməni 1,5% azaltmağa kömək edə bilər. Buna görə də 6-cı maddəqrupu ilə birlikdə təşkil edilən bu tədbir maliyyə mənbələrinianlamağa kömək edir", - E.Ağakişiyev qeyd edib.

Chosen
20
1
az.trend.az

2Sources