EN

Vergi müfəttişinin radarına düşən 8 TÜRK MƏŞHUR

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyinə bağlı Vergi Müfəttişliyi Şurası (VDK) qeydiyyatsız iqtisadiyyatla mübarizə çərçivəsində aktyorları, müğənniləri və onların agentliklərini yoxlayıb. Araşdırma zamanı 150 məşhurun ​​gəlir bəyannaməsi ilə bank hesabları arasında uyğunsuzluq olduğu müəyyən edilib.

Hafta.az-ın yazdığına görə, qeydiyyatdankənar gəlirin cəmi 1,5 milyard lirəyə çatdığı təxmin edilir.

“Sabah” qəzetinin məlumatına əsasən, vergi yoxlamasında tutulan adlar arasında Serenay Sarıkaya, Halit Ergənç, Duman, Mərt Dəmir, Bərgüzar Korel, Hadisə, Gülşən və Məlikə Şahin də var.

Yoxlamaların əhatə dairəsi genişləndirilərkən, gəlirlərini tam bəyan etmədiyi aşkarlanan şəxslərə qarşı yüksək məbləğdə vergi cəzalarının tətbiq oluna biləcəyi deyilir. Səlahiyyətlilər qeyri-formal iqtisadiyyatla mübarizədə ciddi yoxlama prosesinin davam etdiriləcəyini vurğulayırlar.

Chosen
47
hafta.az

1Sources