EN

“Moskva və Kiyev arasında danışıqlar olmadan Ukrayna münaqişəsi bitməyəcək” – ÖZƏL

ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "New York Post"a verdiyi müsahibədə bildirib ki, Ukrayna münaqişəsi Moskva və Kiyev arasında danışıqlar olmadan həll olunmayacaq.

Olaylar.az xəbər verir ki, Prezident Donald Trampın administrasiyasının nümayəndəsi qeyd edib ki, əldə olunacaq razılaşma hər kəs üçün tam qənaətbəxş olmayacaq, lakin balans tapmağa çalışmaq lazımdır.

Bundan əvvəl Kit Kelloq ABŞ prezidenti Donald Trampın Münhen Təhlükəsizlik Konfransında çıxış edəcəyini və orada Ukrayna münaqişəsinin həlli məsələsini müzakirə etməyi planlaşdırdığını bildirmişdi.

Bundan əlavə, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi qeyd edib ki, gələn həftə Münhendə Ukrayna münaqişəsinin həlli planını təqdim etməyəcək və bu planı ictimaiyyətə yalnız ABŞ prezidentinin açıqlaya biləcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
42
olaylar.az

1Sources