EN

Məmur qəza törətdi - Ölən var


Dünən Sumqayıtda ağır yol qəzası baş verib.

Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Ədliyyə Nazirliyinin əməkdaşı, icra məmuru Tural Cəfər oğlu İsayev “Mercedes” markalı avtomobillə Binəqədi-Novxanı-Corat yolu ilə paytaxt istiqamətində hərəkətdə olarkən yolu keçən qadını vurub. Nəticədə ağır xəsarət alan Nərgiz İsgəndərova hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır

Chosen
77
12
bakupost.az

10Sources