EN

Xəzərdəki layihələrdə ən sərt ekoloji standartların tətbiqi vacibdir - konfrans

Xəzər qapalı su hövzəsidir və açıq dənizlərdə, okeanlarda neft-qaz əməliyyatlarında istifadə olunan üsullar heç də həmişə ona (Xəzər dənizinə -red.) uyğun gəlmir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Dövlət Ekoloji Ekspertiza Agentliyinin məsləhətçisi Könül Əhmədsoy Bakıda keçirilən “IADC Drilling Caspian 2025” qazma konfransında bildirib.

"Ölkəmizdə həyata keçirilən əməliyyatlarda (neft-qaz əməliyyatları - red.) xüsusilə ehtiyatlı yanaşırıq. Bəzən operatorlar Şimal dənizində, Meksika körfəzində və ya Fars körfəzində istifadə olunan standartlara və ya texnologiyalara istinad edirlər. Amma Xəzər dənizi ilə bağlı vəziyyət fərqlidir. O, qapalı su hövzəsidir və açıq dənizlərdə və okeanlarda neft-qaz sektorunda istifadə olunan üsullar heç də həmişə ona (Xəzər dənizinə -red.) uyğun gəlmir", -

Könül Əhmədsoy qeyd edib.

Onun sözlərinə görə, Xəzər dənizi unikal endemik biomüxtəlifliyə malikdir:

Chosen
31
1
aznews.az

2Sources