Kişi voleybolçuların Azərbaycan çempionatında IX turun növbəti oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, bu turda “AZERRAIL” - MOİK, “Gənclər” - “Neftçi” və “Xilasedici” - “Murov Az Terminal” qarşılaşmaları baş tutub.

GİN-nin Voleybol Mərkəzində keçirilən turun ilk matçında “AZERRAIL” və MOİK komandaları üz-üzə gəliblər. Oyun “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Növbəti görüş Sumqayıt OİK-də baş tutub. “Neftçi” komandası “Gənclər”in qonağı olub. Bu oyunda “Neftçi” 3:0 hesabı ilə qalib gəlib.

Turun son qarşılaşmasında isə FHN-nin idman zalında “Xilasedici” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. “Xilasedici” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 12-də və 13-də keçiriləcək.

Yüksək Liqa
IX tur

   “AZERRAIL” - MOİK 3:0 (25:16, 25:17, 25:14)
   “Gənclər” - “Neftçi” 0:3 (21:25, 16:25, 19:25)
   “Xilasedici” - “Murov Az Terminal” 3:1 (25:23, 19:25, 25:20, 25:20)