Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 28-də iki fərqli saatda hərrac təşkil olunacaq və hərraca müsadirə edilmiş əmlaklar çıxarılacaq.
Ləğv prosesində olan bankların əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraclar saat 11:30 və 12:00 üçün planlaşdırılıb.
Belə ki, hərraclarda emal ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılması nəzərdə tutulan dövlət nəfinə müsadirə edilmiş əmlaklar olacaq.
İlk hərraca 30 ədəd mebel dəsti və taxta qayıq çıxarılacaq, start qiymətləri müvafi olaraq 1 200 manat və 150 manat təşkil edir.
Saat 12:00-da baş tutacaq hərraca isə start qiyməti 45 – 295 manat aralığında dəyişən İKT avadanlıqları çıxarılacaq.
Hərraclar haqqında daha detallı :
28 fevral 2025-ci il tarixində saat 11.30-da emal ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılması nəzərdə tutulan dövlət nəfinə müsadirə edilmiş əmlakların siyahısı:
Sıra sayı | Əmlakın adı | Əmlakın yerləşdiyi ünvan | Ölçü vahidi | Miqdarı | Əmlakın start qiyməti (manatla) | 10% beh (manatla) |
Nərimanov rayonu | ||||||
1 | Mebel dəsti | Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri | ədəd | 30 | 1200 | 120 |
Suraxanı rayonu | ||||||
1 | Taxta qayıq | Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri | ədəd | 1 | 150 | 15 |
***
28 fevral 2025-ci il tarixində saat 12:00-da emal və ya təkrar emal ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılması nəzərdə tutulan xüsusi müsadirə edilmiş əmlakların siyahısı:
Sıra sayı | Əmlakın adı | Əmlakın yerləşdiyi ünvan | Ölçü vahidi | Miqdarı | Əmlakın start qiyməti (manatla) | 10% beh (manatla) |
Səbail rayonu | ||||||
1 | Prosessor və kompüter aksesuarları | Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri | ədəd | 6 | 295 | 29,5 |
Nəsimi rayonu | ||||||
1 | Müxtəlif markalı mobil telefonlar | Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri | ədəd | 4 | 45 | 4,5 |
Yasamal rayonu | ||||||
1 | "Asus" markalı routerlar, "TP-Link" markalı modem, cərəyan qidalandırıcılar, elektrik və telefon naqilləri | Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri | ədəd | 15 | 69,25 | 6,93 |
Binəqədi rayonu | ||||||
1 | Müxtəlif markalı mobil telefonlar və elektron məlumat daşıyıcısı | Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri | ədəd | 4 | 36,25 | 3,63 |
Hesab nömrəsi: |
"Azər-Türk Bank" ASC, Kod 507699, VÖEN 9900006111, |
Müxbir hesab: AZ02NABZ01350100000000022944, SWİFT AZRTAZ22 |
Vəsaiti alan: Hərracların Təşkili Mərkəzi PHŞ |
İBAN nömrəsi: AZ74AZRT38090019440265368001 VÖEN 1505677031 |