Gecədən yağan güclü qar Şimal bölgəsini ağ örpəyə bürüyüb.
Bizm.Media-nın yerli bürosu xəbər verir ki, mənfi 7,5 dərəcə qeydə alınan Qubanın Qrız kəndinə 20 sm qar yağıb. Xaltan kəndində isə 10 sm qar, 0,8 dərəcə şaxta müşahidə edilib.
Xızının Altıağac qəsəbəsində isə 9 sm qar olmaqla-1,6 dərəcə mənfi temperatur qeydə alınıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu