Orqanizm üçün ən vacib vitaminlərdən biri olan D vitamininin yuxuya da təsiri olduğu ortaya çıxib.
Medicina.az xəbər verir ki, D vitamini bədənin yuxu rejiminə nəzarət edən melatonin hormonunun ifrazında dolayı rol oynayır.
Onun çatışmazlığı ilə aşağıdakı yuxu problemləri yarana bilər:
- Yuxuya getməkdə çətinlik
- Gecə tez-tez oyanmalar
- Narahat yuxu
D vitamini çatışmazlığının əlamətləri
Yorğunluq və zəiflik
Əzələ zəifliyi və ağrı
Oynaq və sümük ağrıları (xüsusilə arxa və ayaq nahiyələrində)
Tez-tez infeksiyalar (immunitet zəifliyi)
Depressiv əhval-ruhiyyə və narahatlıq
Yuxu pozğunluqları
Saç tökülməsi
Diş və diş əti problemləri
HANSI SAĞLAMLIQ PROBLEMLƏRİNƏ SƏBƏB OLUR?
Sümük sağlamlığı problemləri:
Osteomalaziya (sümük yumşalması) və osteoporoz riski artır.
Uşaqlarda raxit:
Sümük deformasiyalarına səbəb olur.
İmmunitet sisteminin zəifliyi:
İnfeksiyalara qarşı müqavimətin azalması.
Ürək-damar xəstəlikləri riski:
Bu, yüksək qan təzyiqi və ürək xəstəliyi ilə əlaqələndirilir.
Nevroloji təsirlər:
Depressiya, yaddaş və konsentrasiya problemləri.
Diabet riski:
İnsulin dirənci inkişaf edə bilər.
D VİTAMİNİ ÇATIŞMAZLIĞINDA NƏ ETMƏLİ?
Günəş işığı:
Gündə 15-30 dəqiqə birbaşa günəş işığı almaq.
Qida maddələri:
D vitamini ilə zənginləşdirilmiş qızılbalıq, skumbriya, tuna, yumurta sarısı, süd və dənli bitkilər.
Əlavələr:
D vitamini əlavələrinin həkim nəzarəti altında qəbulu.
Qan səviyyəsinin ölçülməsi:
D vitamini səviyyələrini mütəmadi olaraq yoxlayın.
Aygün
Medicina.az