11:03 07.02.2025
11:03 07.02.2025
Dünən Sumqayıtda ağır yol qəzası baş verib.
Mynews.az xəbər verir ki, Ədliyyə Nazirliyinin əməkdaşı, icra məmuru Tural Cəfər oğlu İsayev “Mercedes” markalı avtomobillə Binəqədi-Novxanı-Corat yolu ilə paytaxt istiqamətində hərəkətdə olarkən yolu keçən qadını vurub. Nəticədə ağır xəsarət alan Nərgiz İsgəndərova hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.