EN

SAXAL-ın Həsən Nasrullahın ölümü ilə nəticələnən aviazərbəsinin yeni görüntüləri

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hizbullah"ın baş katibi Həsən Nəsrullah və digər nüfuzlu şəxslərin ölümü ilə nəticələnən İsrailin hava zərbəsi ilə bağlı yeni görüntülər yayılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, kadrlar Livan sosial şəbəkələrində paylaşılıb.
Video küçədə quraşdırılan müşahidə kameraları tərəfindən qeydə alınıb. Maraqlıdır ki, raketlərdən birinin motosikletinə minməyə hazırlaşan sakinin yanına düşsə də, ona zərər vermədiyi, həmin adamın dərhal qaçaraq oradan uzaqlaşdığı görünür.
Çəkilişlər yaxın məsafədən aparılsa da, detonasiyanın intensivliyi və qırıntıların yayılması hücumun dəqiq və dağıdıcı xarakterindən xəbər verir.
Xatırladaq ki, İsrail Müdafiə Ordusunun (SAXAL) Həsən Nəsrullahın ölümü ilə nəticələnən xüsusi əməliyyatı 2024-cü ilin sentyabrın sonunda Beyrutda həyata keçirilib. KİV-də yayılan məlumatlara görə, Nəsrullah və tərəfdarlarının olduğu bunkerə dəqiq zərbə İran agentindən alınan məlumat sayəsində mümkün olub.
Chosen
26
50
oxu.az

10Sources