EN

71 azərbaycanlı Gürcüstandan deportasiya olundu

2024-cü ildə Gürcüstandan 363 əcnəbi vətəndaş çıxarılıb ki, bu da əvvəlki illə müqayisədə 91% çoxdur.

XəzərNews.az xəbər verir ki, bu barədəGürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında qeyd olunub.

Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkədən çıxarılan vətəndaşların ən çoxu, yəni 19,5 faizi Azərbaycan vətəndaşları olub.

Ötən bir il ərzində Gürcüstandan qovulan əcnəbi vətəndaşların sayını aşağıda təqdim edirik:

Azərbaycan - 71 vətəndaş;

İran - 54 vətəndaş;

Hindistan - 33 vətəndaş;

Türkiyə - 31 vətəndaş;

Nigeriya - 31 vətəndaş;

İraq - 21 vətəndaş;

Rusiya - 20 vətəndaş;

Misir - 18 vətəndaş;

Çin - 15 vətəndaş;

İordaniya - 15 vətəndaş;

Türkmənistan 10 vətəndaş;

Pakistan 10 vətəndaş;

Liviya 4 vətəndaş;

Şri Lanka 4 vətəndaş;

Banqladeş 3 vətəndaş;

Ermənistan 1 vətəndaş.


Xəbər 1 dəfə oxunub.
Chosen
16
xezernews.az

1Sources