EN

TEHRAN NİYƏ PAŞİNYANDAN DAHA ÇOX NARAHATDIR? - İran öz daxilindəki hərc-mərcliyi xarci siyasətə gətirir

İranın İrəvandakı səfiri Mehdi Sobhani dünən keçirdiyi mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına münasibət bildirib. Belə demək mümkündürsə, Tehran Paşinyanın “yola gəlmək” istəyindən əndişəsini ifadə edib.

Xatırladaq ki, Paşinyan hələ də Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə də, Azərbaycan Prezidenti son çıxıçındakı tələblərə daha konstruktiv reaksiya verib. 

Ermənistan rəhbəri ötən həftə keçirdiyi mətbuat konfransnda deyib: "Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Biz Azərbaycana kommunikasiyaların açılması məsələsinin konkret həll yolunu təklif etmişik. Burada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır. Bu mövqeləri nəzərə almaqla, biz Bakıya Azərbaycanın qərb rayonlarından Ermənistanın Mehri şəhəri vasitəsilə Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatı ilə yük daşımalarına başlamağı təklif edirik. Gələcəkdə, müvafiq atmosfer yaranarsa, sərnişin daşımaları barədə də düşünməyə başlayacağıq. Biz Azərbaycanın müsbət reaksiyasını gözləyirik”.

İran səfiri isə jurnalistlərin suallarına cavab olaraq deyib ki, regional problemlərin güc yolu ilə həllinin əleyhinədirlər: "Biz məsələlərin diplomatik dialoq yolu ilə həllinin tərəfdarıyıq. Biz regional məsələlərin güc tətbiqi yolu ilə həllinin əleyhinəyik. Biz regionda vəziyyətin gərginləşməməsi üçün hər cür səy göstərəcəyik. Yol yaratmaq üçün gücdən istifadənin heç bir izahı yoxdur".

Chosen
25
azpolitika.info

1Sources