EN

Qorxunc kadrlar: Gecə yolda uzanan KÖRPƏ –  VİDEO/ FOTO

Rusiyada bir sürücü gecə vaxtı yolda uzanan və nazik geyimdə olan 1 yaşlı uşağı xilas edib.

Medianews.az xəbər verir ki, hadisə Moskva yaxınlığında magistral yolunda baş verib.

Hadisə ilə bağlı İnsan Hüquqları Şurasının üzvü Marina Əhmədova danışıb.

O deyib ki, uşağı xilas edən Bəxtiyor əslən Tacikistandandır, lakin uzun müddət Rusiyada yaşayır və Rusiya vətəndaşlığına malikdir.

Kişi uşağı işdən evə qayıdarkən yolda görüb və qucağına götürüb. Hadisə yerinə polis və təcili yardımı çağırıb.

Bu anda ona adekvat görünməyən bir qadın kişiyə yaxınlaşıb, özünü uşağın anası kimi təqdim edib və uşağın ona verilməsini tələb edib. Bəxtiyor uşağı verməyib.

Hava soyuq olduğundan uşağın rəngi göyərmiş vəziyyətdə idi. Bəxtiyor maşında peçi qoşub və əlləri ilə uşağın əllərini və ayaqlarını isidib.

Bəxtiyor hələ də özünə gələ bilmədiyini deyir.

Qeyd edək ki, onun 9 aylıq uşağı var.

Medianews.az

Qorxunc kadrlar: Gecə yolda uzanan KÖRPƏ - <span style=color:red>  VİDEO/ FOTO

Chosen
57
medianews.az

1Sources