EN

Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

Ajans.az xəbər verir ki, bu barədə Amerika liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq New York Post qəzetinə müsahibəsində bildirib.

"Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya qarşı Amerika sanksiyalarını sərtləşdirməyə hazırdır", - Kelloq iddia edir.

Onun sözlərinə görə, guya Moskvaya sanksiya təzyiqini artırmaq imkanı var, xüsusən də neft hasilatı və ixracı ilə bağlı.

Eyni zamanda, Kelloq bəyan edib ki, Ukrayna münaqişəsinin nizamlanması mövzusu Donald Trampın bütün müşavirlər komandası, eləcə də Ağ Ev rəhbərinin özü, “vitse-prezident, milli təhlükəsizlik üzrə müşaviri, dövlət katibi, xəzinədarlıq katibi və milli təhlükəsizlik şurası” tərəfindən müzakirə olunur.

Xüsusi nümayəndə əlavə edib ki, Ukrayna böhranına son qoymaq üçün ABŞ-nin milli təhlükəsizliyinin bütün elementlərindən istifadə edilməsi müzakirə edilir.

Həmin müsahibədə Keyt Kelloq bəyan edib ki, münaqişənin həlli üçün Moskva kimi Kiyevdə də kompromislərə getməli olacaq. O, razılaşmanın çox güman ki, hər iki tərəf üçün məqbul olmayacağını, lakin o, balansı tapmağa çalışmağın vacib olduğuna inandığını söyləyib. Çünki Rusiya ilə Ukrayna arasında danışıqlar aparılmasa, münaqişə qətiyyən bitməyəcək.

Chosen
83
6
Ajans.az

10Sources