ADY ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarına səfər etmək mümkündür.
Azərbaycan Dəmir Yolları (ADY) ölkə daxilində rahat və komfortlu səyahət imkanı təqdim edir. Hər kəsin öz tələblərinə uyğun bir səyahət seçə bilməsi üçün çoxsaylı istiqamətlər və marşrutlar mövcuddur.
Operativ Media xəbər verir ki, həm Bakı daxilində, həm də ölkə daxilində dəmir yolu ilə səyahət etmək mümkündür.
Aşağıda təqdim olunan marşrutlarla Azərbaycanın müxtəlif şəhər və rayonlarına səfər edə bilərsiniz:
- Sumqayıt
- Ağdaş
- Ağstafa
- Balakən
- Dəllər (Şəmkir)
- Əliabad
- Gəncə
- Goran
- Göyəm
- Göynük
- Ləki
- Qax
- Qəbələ
- Qorağan
- Qovlar
- Şəki
- Tovuz
- Ucar
- Yevlax
- Zaqatala
Qeyd edək ki, səfərlərlə bağlı ətraflı məlumatı Azərbaycan Dəmir Yollarının (ADY) rəsmi veb saytından və mobil tətbiqindən əldə edə bilərsiniz. Sayt və tətbiq vasitəsilə qatar cədvəlləri, bilet satışı, qiymətlər və marşrutlar barədə məlumatları asanlıqla öyrənmək mümkündür.