EN

FTB Trampı təqib edən işçilərin təmizlənməsinə başlayır – ÖZƏL

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampla bağlı araşdırmalarda iştirak edən işçilərlə bağlı kütləvi ixtisarlara və digər kadr dəyişikliklərinə başlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" bürodakı mənbələrə istinadən yazır. 

Məlumata görə, bir çox işçi baş verənlərdən o qədər narahatdır ki, işdən çıxarılacaqlarını gözləyərək əvvəlcədən əşyalarını yığıblar. Agentlər deyirlər ki, mövcud vəziyyətə görə şöbədə iş səngiyib.

Nəşr yazır ki, ABŞ Ədliyyə Nazirliyinin yeni rəhbərliyinin təzyiqi ilə FTB-nin onlarla yüksək rütbəli əməkdaşı artıq öz vəzifələrini itirib. İndi büronun hesabat verdiyi departament 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumun və Trampla bağlı işlərin araşdırılmasında iştirakına görə işdən çıxarıla biləcək minlərlə agentin siyahısını tərtib edir. WSJ-nin məlumatına görə, bir çox əməkdaşlara 6 yanvar hadisələrində rollarını göstərməli olduqları məcburi sorğu anketləri göndərilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
1
olaylar.az

2Sources