EN

İran hərbi təlimlərdə Rusiya istehsallı yeni S-300 sistemlərini nümayiş etdirdi

Oktyabr ayında İsrailin Tehranın müdafiə qabiliyyətini ciddi şəkildə zəiflədən hücumlarından sonra İran çərşənbə günü keçirilən hərbi təlimdə Rusiya istehsalı olan uzaqmənzilli hava hücumundan müdafiə sistemlərindən istifadə edib.

İran dövlət televiziyası çərşənbə günü bildirib ki, hərbi təlimlərdə İranın uzaqmənzilli hava hücumundan müdafiə sistemi "Bavar-373" və Rusiya istehsalı olan "S-300" HHM  sistemi nümayiş etdirilib.

“Bəzi düşmən rəsmiləri və media qurumları oktyabrda baş vermiş hücumdan sonra İranın uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin tamamilə məhv edildiyini iddia etmişdilər”, - deyə İran dövlət televiziyasında bildirilib.

Qeyd edək ki, hərbi təlimlər İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşündən bir gün sonra keçirilib. Görüş zamanı İranın nüvə proqramı da daxil olmaqla regional mövzuları müzakirə edildi.

Ötən ay Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian ölkələri arasında hərbi əlaqələri dərinləşdirərək 20 illik strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar. Razılaşmada silah tədarükünə dair heç bir xüsusi qeyd edilməsə də, tərəflər “hərbi-texniki əməkdaşlığı” inkişaf etdirəcəklərini bildiriblər. 

İsrail hərbçiləri bildiriblər ki, oktyabrda endirilən zərbələr İrandakı strateji hərbi obyektləri, xüsusilə pilotsuz təyyarələr və ballistik raketlərin istehsalı və buraxılış məntəqələrini, həmçinin hava hücumundan müdafiə batareyalarını hədəf alıb.

visiontv.az



Chosen
53
visiontv.az

1Sources