EN

“Yapı Kredi Bank” 10 min manat cərimələndi – SƏBƏB

Azərbaycan Mərkəzi Bankı “PAŞA Bank” ASC-nin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Tribunainfo.az AMB-yə istinadən xəbər verir ki, qurumun apardığı nəzarət prosesləri çərçivəsində hər iki bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.
Fakta əsasən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələri ilə “PAŞA Bank”ın vəzifəli şəxsi Ağdam rayon Məhkəməsinin qərarı ilə 10 min manat, Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələri ilə isə “Yapı Kredi Bank Azərbaycan”ın vəzifəli şəxsi Nəsimi rayon Məhkəməsinin qərarı ilə 8 min manat cərimə edilib.

Xatırladaq ki, cərimələnən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri və Baş Direktoru vəzifəsini 2015-ci ildən Cenk Yüksəl icra edir.

Gülşən

Chosen
50
13
tribunainfo.az

10Sources