Rusiya Müdafiə Nazirliyinin Baş Zirehli İdarəsinin rəis müavini, general-mayor Sergey Şalenyi Moskva vilayətinin poliqonlarından birində BREM-80 zirehli təmir-bərpa maşınının modernləşdirilmiş versiyasını jurnalistlərə təqdim edib.
Herbiand.az bu barədə TASS agentliyinə istinadən bildirir.
"Burada təqdim olunan sonuncu maşın BREM-80-dir. O, hava hücumundan müdafiə sisteminin bütün nüansları və zirehli texnikaların evakuasiya xüsusiyyətləri nəzərə alınmaqla dəyişdirilib və modernləşdirilib", - Şalenyi bildirib.
Onun sözlərinə görə, BREM-80 evakuasiya qruplarının təhlükəsizliyini təmin etmək üçün kifayət qədər dartma qabiliyyətinə malikdir. Texnika ən qısa müddətdə döyüş meydanından evakuasiya oluna bilir.
BREM-80 zirehli təmir və bərpa maşını T-80 tankı əsasında hazırlanıb və müvafiq xüsusiyyətləri təmin edən qaz turbinli elektrik stansiyası ilə təchiz edilib.
Bəxtiyar CƏFƏRLİ