EN

Azərbaycan və Slovakiya arasında konsulluq sahəsi üzrə əlaqələrin perspektivləri müzakirə edilib

Bakı. Trend:

Bakı şəhərində Azərbaycanla Slovakiya arasında ilk konsulluqməsləhətləşmələri keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Azərbaycan nümayəndə heyətinə Xarici İşlər NazirliyininKonsulluq idarəsinin rəisi Emil Səfərov, Slovakiya nümayəndəheyətinə isə Slovakiya Respublikasının Xarici və Avropa İşləriNazirliyinin Konsulluq departamentinin direktoru Martin Bartonrəhbərlik edib.

Məsləhətləşmədə həmçinin, hər iki tərəfin xarici işlərorqanlarının müvafiq idarələrinin əməkdaşları, AzərbaycanRespublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmisi və SlovakiyaRespublikasının Azərbaycan Respublikasındakı Səfirliyininnümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasındaəlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədəikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanlarımüzakirə edilib.

Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və qanunimənafelərinin qorunması istiqamətində effektiv və çevik konsulluqyardımın göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsiməsələlərinə toxunulub, Slovakiya Respublikasının və AzərbaycanRespublikasının viza siyasəti barəsində fikir mübadiləsiaparılıb.

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasındamiqrasiya, əmək, sosial müdafiə və s. kimi sahələrdə əməkdaşlığıninkişafı üçün bir sıra təkliflər müzakirə edilib, müvafiqistiqamətlər üzrə əlaqələrin genişləndirilməsi məqsədilə zəruritədbirlərin görülməsinə dair razılıq ifadə olunub.

Chosen
16
15
az.trend.az

10Sources