EN

Britaniya Rusiya diplomatını ölkədən çıxarır

Britaniya

Böyük Britaniya hökuməti casusluq təhqiqatı çərçivəsində rus diplomatın akkreditasiyasını ləğv edib.

Reyting.az
xəbər verir ki, Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin “yüksək rütbəli Britaniya rəsmisi” ilə görüşə çağırılıb.

Səfirin diqqətinə çatdırılıb ki, bu addım Britaniya diplomatının ötən il Rusiyada işləmək üçün akkreditasiyadan məhrum edilməsinə dair “əsassız qərara” cavab olaraq atılıb.

“Böyük Britaniya əməkdaşlarımızın bu şəkildə təhqir olunmasına dözməyəcək və buna görə də biz tədbir görürük. Rusiyanın hər hansı növbəti addımı eskalasiya kimi qiymətləndiriləcək və ona uyğun davranılacaq”, - Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Rusiya Britaniya diplomatının casusluqda ittiham olunaraq ölkədən çıxardığını bəyan edib. Xüsusilə, FSB-nin daxili kəşfiyyat xidməti diplomatı “ölkənin təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat fəaliyyətində” ittiham edib.

Rusiya hesab edir ki, diplomat Rusiyaya giriş üçün müraciət edərkən qəsdən yalan məlumat verib və bununla da Rusiya qanunlarını pozub.

Bundan əvvəl Britaniya mediası yazıb ki, Rusiya və Böyük Britaniya artıq gizli sualtı “müharibə” aparırlar. Söhbət Rusiyanın “Yantar” casus gəmisinin Böyük Britaniya sahillərində fəaliyyətindən gedir ki, bu da Rusiyanın Qərb ölkələrinə qarşı genişmiqyaslı müharibəyə hazırlaşdığını göstərir.

ELÇİN
Chosen
10
reyting.az

1Sources