Bakı. Trend:
Bu gün Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitaryardım göndərilib. Elektrik avadanlıqlarından ibarət yük SumqayıtTexnologiyalar Parkının ərazisindən yola salınıb.
Trend xəbərverir ki, bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin 5 fevral 2025-ci il tarixli sərəncamına əsasən, bir milyonABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünəelektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukraynatərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizatmüharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlıtəchizatının bərpası üçün nəzərdə tutulur.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindənUkraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədliyardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ciilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformatorvə komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.