EN

Neft qiymətləri ucuzlaşdı

Neft qiymətləri üçüncü həftə də ucuzlaşıb. 

 

Sfera.az xəbər verir ki, bu həftə ərzində “Brent” markalı neft 3 faizdən çox ucuzlaşıb.

 

Ötən həftənin sonunda 77 dollar olan “Brent” neftinin qiyməti hazırda 75 dollardan aşağıdır. Bu həftə neftin ucuzlaşması ABŞ Prezidenti Donald Trampın Çinə tətbiq etdiyi tariflərlə bağlıdır. Proqnozlara görə tariflərin artırılması tələbi zəiflədəcək və neft alışı azalacaq. 

 

Xatırladaq ki, neft qiymətləri 2025-ci ilin yanvarın ikinci yarısından enir. Yanvarın 15-də qiyməti 82,5 dollar olan “Brent” nefti ötən müddətdə 7 dollardan çox dəyər itirib. 

 

Vasif
 

Chosen
16
sfera.az

1Sources