EN

"Əldə etdiyin şeylərdən həzz al"

Braziliya "Santos"una qayıdan ulduz hücumçu Neymar sabiq Braziliya millisinin və "Real"ın müdafiəçisi Marselonun futbolçu karyerasını bitirmək qərarına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə ulduz futbolçu şəxsi sosial şəbəkə hesabında yazıb.

“Dostum, səni belə bir karyeraya görə təbrik edirəm. Sizinlə oynamaq şərəf idi. Braziliyalı olmağın gözəldir. Qardaş, əldə etdiyin şeylərdən həzz al" - deyə, futbolçu qeyd edib.

Marselo karyerasının böyük hissəsini "Real Madrid"də keçirib. Braziliyalı "kral" klubu ilə birlikdə 25 kubok qazanıb. Bunlara beş Çempionlar Liqası və altı La Liqa çempionluğu daxildir.

Chosen
42
90deqiqe.az

1Sources