EN

“Sevinc Heydərovanın tərəfini saxlayanlar, utandınız?” - VİDEO

Xalq artisti Flora Kərimova plastik-cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsi ilə bağlı açıqlama yayıb.

Musavat.com xəbər verir ki, müğənni bununla bağlı video yayımlayıb.
O bildirib ki, uzun müddətdir Sevinc Heydərovanın həkimlik lisenziyasının əlindən alınması üçün mübarizə aparır:
"Bu, haqq, düz söz qələbəsidir. Bu qələbə çox insanın səhhətinin zəmanətidir. Neçə illərdir savadsız həkimlərlə savaşım bu gün nəticələndi. Onlar başa düşmədilər ki, hər dəfə milləti, xəstələri aldadanda özləri uçuruma gedirlər. Neçə dəfə mən Sevinc Heydərovaya demişdim ki, bacarmırsansa, bu işdən yapışma. Nəticəsi saxta sənədlər, sübutlar, adlar və fəaliyyət...
Savadsız Sevinc Heydərovaya dəstəyi olan insanlara üzümü tutub deyirəm ki, mən bu problemdən əl çəkən deyiləm. İşim bu saat Ali Məhkəmədədir. Sona kimi də gedəcəyəm. Nəticə əldə edənə qədər savaşıram.
Mənə mane olan, gözüyumulu Sevinc Heydərovanın tərəfini saxlayan insanlar, guya heç nə olmamış kimi bəraət qərarı verən ekspertizanın cavabı sizi utandırmır?
Prokurorluğun bu qərarından sonra heç olmasa vicdanınız sızıldayırmı? Əgər mənim - az-çox Vətənimdə nüfuz sahibi olan, sözünü deyən bir insanın başına bu oyun gətirilirsə, bu haqsızlıqdan görün digər insanlar nələr çəkir. Gələcək günlərdə Ali Məhkəmənin baxışı var".
Qeyd edək ki, Flora Kərimova Sevinc Heydərovanı uğursuz əməliyyata görə məhkəməyə verib. S.Heydərova 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun fəsadlarını görüb, görmə qabiliyyəti tamamilə zəifləyib.

Chosen
19
1
yenilik.az

2Sources