EN

Tramp Mərkəzi Kəşfiyyat İdarəsini dağıdır?

2019-cu ildə Tramp konqresmen Con Retklifi Milli Kəşfiyyatın(ABŞ-ın bütün kəşfiyyat xidmətlərinə və idarələri nəzarət edən qurumdur) rəhbəri vəzifəsinə təyin etmək istədi, amma o zaman mətbuatda onun tamamilə qeyri-peşəkar olması ilə bağlı qalmaqal yarandı və Tramp onun namizədliyindən imtina etməyə məcbur oldu ( 2020-ci ildə Tramp Retklifi yenidən eyni vəzifəyə təqdim etdi və Retklif Trampın birinci müddətinin sonunda qısa müddətə Milli Kəşfiyyata rəhbərlik etdi).

Trampın 2-ci müddətində Senat Retklifin namizədliyini Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə təsdiqlədi, hətta demokratların yarısı respublikaçılarla birlikdə onun lehinə səs verdilər və bu səbəbsiz deyil. Bu gün Retklif Trampın difər ağlasığmaz dərəcədə absurd namizədləri fonunda həqiqətən heç də pis görünmür, amma qeyri-peşəkarlığı heç kim üçün sirr deyil.

Keçək əsas məsələlərə.

Bu günlərdə Mərkəzi Kəşfiyyat İdarəsi Trampın federal işçilərin sayını azaltmaqla bağlı göstərişini yerinə yetirmək üçün MKİ-yə son iki il ərzində işə qəbul edilmiş əməkdaşların siyahısını Ağ Evə qorunmayan(!) elektron poçt vasitəsilə göndərdi. Bu addım, dövlət sirri sayılacaq məlumatların digər dövlətlərin əlinə keçəcəyi riskini daşıyır.

MKİ tərəfdən Ağ Evin Administrativ-Büdcə İdarəsinə göndərilən siyahıda yeni işçilərin ancaq adları və soyadlarının ilk hərfi qeyd olunub . Onların arasında Çinə qarşı fəaliyyət göstərən xüsusi olaraq işə götürülmüş gənc analitiklər və əməliyyatçılar var. MKİ onların kimliyini gizli saxlayır, çünki Çin hökumətinə bağlı hakerlər bu şəxsləri müəyyən etməyə çalışırlar.

MKİ adətən bu cür məlumatları qorunmayan sistemlərə daxil etmir. Hal-hazırda MKİ-nin bəzi keçmiş rəsmiləri isə ciddi narahatlıqlarını bildirirlər, çünki siyahı Trampın yaxın tərəfdarlarından biri olan İlon Maskın və onun rəhbərlik etdiyi DOGE-un əlinə keçə bilər. Bu isə Çin, Rusiya və ya digər xarici xüsusi xidmət orqanlarının MKİ əməkdaşlarının adlarını əldə etməsilə nəticələnə bilər.

MKİ-nin keçmiş əməkdaşlarından biri bu məlumatların qorunmayan elektron poçtla göndərilməsini "əks-kışfiyyat fəlakəti" adlandırıb.

Müqayisə.

Müqayisə üçün keçən il MKİ Uilyam Börnsün rəhbərliyi altında, 11 sentyabr 2001-ci il terror aktlarından bəri ən böyük işə qəbul kampaniyasını həyata keçirdi.

Bəs Retkliff MKİ rəhbəri kimi fəaliyyətə necə başladı?

O, bütün MKİ əməkdaşlarına istefa verməyi təklif etdi. Retklifin köməkçisinin sözlərinə görə, MKİ-yə artıq iş təklifi almış şəxslərin işə qəbulu da donduruldu.

Nəticə.

Tramp 2017-ci ildə Helsinkidə nə demişdi? O, ABŞ xüsusi xidmət orqanlarından daha çox Putinə etibar edir.

Tramp ABŞ xüsusi xidmət orqanlarını qəsdən dağıdır. Bu heç kim üçün sirr deyil.

Bundan kim faydalanır? Çin və Rusiya.

Belə davam edəcəkmi? Görəcəyik...

Politoloq Kamran Cəfərov

visiontv.az



Chosen
41
visiontv.az

1Sources