EN

Bakıda bu yollarda svetoforların vaxt planı dəyişdirildi

Bakı. Trend:

Təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaqüçün svetoforların vaxt planı dəyişdirilib.

Trend xəbərverir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetməMərkəzinin məlumatında deyilir.

"Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyevküçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasındaaparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrininZaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığıyaranırdı.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşlarıtərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədəsvetoforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununlada nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib.

Qeyd edək ki, aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmirişləri yekunlaşdıqdan sonra svetoforların vaxt planı əvvəlkivəziyyətinə qaytarılacaq", - qurumdan bildirilib.

Chosen
16
36
az.trend.az

10Sources