EN

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyevlə vida mərasimi keçirilir - FOTO

 

İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, şəhidin nəşi Salyan rayonu Seyidsadıqlı kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elşad Qubad oğlu Tağıyev 1971-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub. O, 1993 cü il yanvarın 4-də Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində itkin düşüb.

E.Tağıyev Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaq.

Chosen
53
12
missiya.az

10Sources