Qızıl ABŞ-da iş yerləri ilə bağlı hesabatdan əvvəl rekord səviyyədə sabitliyini qoruyub.

İndex.az xəbər verir ki, cümə günü qızılın bir unsiyası 2 min 860 dollara satılıb.

Geosiyasi gərginlik səbəbindən bu həftə qızılın qiyməti 2%-dən çox artaraq rekord qırıb.

“Citigroup”un qeydində bildirilib ki, qiymətlərin üç ay ərzində unsiya üçün 3 min dollara çatması ehtimalı var.