EN

Çay çəhrayı rəngə boyandı - FOTOLAR

Perunun paytaxtı Limadakı Rimak çayı ekoloji hadisə nəticəsində çəhrayı rəngə boyanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-adi hadisə yerli sakinlər və səlahiyyətlilər arasında narahatlıq yaradıb.

Qeyd edilib ki, hadisənin səbəbləri araşdırılır.

Sudan nümunələr götürülüb və analiz üçün laboratoriyaya göndərilib.

İlkin ehtimallara görə, çaya zəhərli tullantılar atılıb.

Chosen
44
operativmm.az

1Sources