EN

Rusiya eşşəkləri Ukrayna dronlarına qarşı! Ön cəbhədən son xəbərlər

Hurriyyet.az xəbər verir ki, Rusiya hərbçilərinə eşşəklər paylanıb.

Rusiyanın "Teleqram" kanallarında verilən məlumatlara görə, sursatları daşımaq RF hərbçilərinə eşşəklər paylanıb. Belə halların artıq dəfələrlə baş verdiyi bildirilir. 

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev RTVI kanalına müsahibəsində eşşəklərin cəbhə zonasında peyda olması barəsindəki informasiyanı şərh edərkən bildirib ki, əsgər və zabitlətin həyatını qorumaq üçün istənilən vasitələrdən istifadə etmək olar. Sobolev deyib: "Eşşək veriblərsə, versinlər. Burada qeyri-adi heç nə yoxdur". Deputat qeyd edib ki, Ukrayna dronları ilk növbədə ön cəbhəyə silah və ərzaq daşıyan nəqliyyat vasitələrinə hücum edirlər.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin digər üzvü Viktor Zavarzin eşşəklərin çətin keçilən ərazilərdə faydalı ola biləcəklərini qeyd edərək deyib: "Qoy işləsinlər, qoy qələbədə eşşəklərin də payı olsun". O, döyüş meydanlarında itlərdən, pişiklərdən, atlardan da istifadə edildiyini xatırladıb.

Hürr Tərcüman

Chosen
29
hurriyyet.az

1Sources