EN

Türkiyə qlobal miqyasda təsirli gücə çevrilir – Bu gəmi sayəsində

Türkiyə müdafiə sənayesinin milli təyyarə gəmisi layihəsi olan “Mavi Vətən” dünya mediasında səs salıb.

Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun rəsmi nəşri olan “PLA Daily” qəzeti yazıb.

Məqalədə Türkiyənin böyük təyyarə gəmisi inşa etməyə başladığı açıqlanıb. 60 min tonluq yeni gəminin Türkiyənin ən böyük döyüş gəmisi olan 28 min tonluq “TCG Anadolu”dan iki dəfə böyük olacağı vurğulanıb. Xəbər “Türkiyə ikiqat təyyarə gəmisi qrupuna doğru irəliləyir” başlığı ilə yayımlanıb.

İstanbul Gəmiqayırma Zavodunda inşa edilən gəminin 285 metr uzunluğunda, 72 metr enində və 10,1 metr su çəkmə qabiliyyətinə malik olacağı bildirilib. Həmçinin gəmi ümumi 50 döyüş təyyarəsi tutumlu olacaq.

Chosen
17
publika.az

1Sources