EN

Ən ucuz un bu rayonda SATILIR – SİYAHI

Fevralın 6-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 26,8-27,2 manat civarında dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.


Bizim.Media

Chosen
16
29
bizim.media

10Sources