EN

Valyuta bazarlarında hərəkətlilik: Dollar günə bu qiymətlə başladı

Türkiyədə valyuta bazarlarında hərəkətlilik davam edir. Dollar və avronun son bir ildəki artışı, qlobal iqtisadi tendensiyalar və daxili bazardakı dəyişikliklərlə əlaqələndirilir. Bugünkü məzənnələr və son bir ilin dəyişikliyi iqtisadi mütəxəssislərin gündəmindədir.

Yenisabah.az xəbər verir ki, azad bazarda dollar bu gün 35.9796 TL-yə alınıb, 35.9978 TL-yə satılır və dünənə nisbətən günə 0.30% artımla başlayıb. Avro 37.3661 TL-yə alınıb, 37.3993 TL-yə satılır. Avronun dəyişimi isə dünənə nisbətən 0.06% təşkil edir. Funt-sterlinq isə 44.7805 TL-dən ticarət olunur.

Digər tərəfdən, dünən dollar ən yüksək 35.9322 TL-ni, ən aşağı isə 35.8705 TL-ni görərək günü 35.8863 TL ilə başa vurub. Avro isə dünən ən yüksək 37.4437 TL-dən, ən aşağı 37.2570 TL-dən ticarət olunub və günü 37.3573 TL ilə tamamlayıb.

Son məlumatlara əsasən, fevral ayının ilk gününə nisbətən dollar 0.25 TL artaraq 0.69% dəyər qazanıb. Avro isə 0.30 TL artaraq 0.81% dəyərinə yüksəlib.

Aytac Şahin


Telegram kanalımız
Chosen
51
yenisabah.az

1Sources