EN

Dollar və avroda son vəziyyət

Bu gün bütün diqqətlər Mərkəzi Bankın açıqlayacağı 2025-ci ilin ilk inflyasiya hesabatındadır.

News24.az bildirir ki, TCMB 2024-cü il üçün son inflyasiya hesabatında 2025-ci il üçün inflyasiya proqnozunu 21 faiz olaraq təyin edib.

Bununla belə, bazar ertəsi açıqlanan və gözləntiləri aşaraq yüzdə 5,03 olan aylıq inflyasiya rəqəmi 21 faizlik təxminləri şübhə altına qoyub. Mərkəzi Bank ötən gün dərc etdiyi Aylıq Qiymət İnkişafı hesabatında qiymət artımının 2017-ci ildən bəri səhiyyə xidmətlərində edilən tənzimləmələrlə bağlı olduğunu və bunun fevral ayında istehlak qiymətlərinə  təsir göstərəcəyini bildirib. 

Qlobal bazarlarda ABŞ-ın yeni administrasiyasının Kanada, Meksika və Çinə tətbiq etdiyi yeni tariflərin təsiri ilə sürətli artımla başlayan dollar, Tramp administrasiyasının Kanada və Meksika ilə əldə etdiyi razılaşmaların təsiriylə yenidən ucuzlaşıb.

Zəhraxanım

Chosen
22
news24.az

1Sources