"GiveMeSport" portalı futbol tarixinin ən yaxşı komandalarının reytinqini dərc edib.
Publika.az xəbər verir ki, siyahıda 11 klub yer alıb. "Real" iki fərqli mövsümdəki uğurlu çıxışına görə cədvəldə 2 yer tutub.
Reytinqdə birinci yeri 2008/09 mövsümündə Pep Qvardiolanın baş məşqçisi olduğu “Barselona” tutub. Kataloniyalılar həmin mövsüm mümkün olan bütün kubokları qazanıblar. Eyni zamanda "Barsa" trebl edən ilk İspaniya klubu olub.
1971/72 mövsümünün əfsanəvi "Ayaks"ı ikinci, 1956/57 mövsümünün "Real"ı isə üçüncü yeri tutub.
Zinəddin Zidanın 2016/17 mövsümündə çalışdırdığı "Real" dördüncü, Çempionlar Liqasının həyəcanverici finalında "Bayern"i 2:1 hesabı ilə məğlub edərək trebl edən 1998/99 mövsümünün "Mançester Yunayted"i isə beşinci olub.