EN

ALMANİYA 45 AZƏRBAYCANLINI ÖLKƏDƏN QOVDU Kİ...

Ötən gün Azərbaycan və Avropa İttifaqı arasında readmissiya haqqında saziş çərçivəsində Almaniyadan 45 nəfər Azərbaycan vətəndaşı readmissiya edilib.

Tezadlar.az xatırladır ki, bu barədə fevralın 7-də Azərbaycan Dövlət Miqrasiya Xidməti bildirib. Həmin şəxslərin sosial-iqtisadi reinteqrasiyası üçün tədbirlər görülür. Hansı ki, 2014-cü ildən başlayaraq, readmissiya haqqında sazişin imzalanmasından sonra  Avropa İttifaqında Azərbaycana 2500-ə yaxın vətəndaşımız qaytarılıb.

ABŞ da bu missiyaya qoşulub və ölkədən təxminən 20 milyona yaxın qanunsuz yaşayan miqrantın çıxarılması gözlənilir.

A.Məmmədli

Chosen
35
tezadlar.az

1Sources