Azərbaycanın davamlı dəstəyinə görə təşəkkür edirik.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X” platformasındakı paylaşımında bildirib.
“Azərbaycan Ukraynaya yeni humanitar yardım göndərib! Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 1 milyon ABŞ dolları dəyərində ayrılmış vəsaitlə maliyyələşdirilən kabellər və enerji avadanlıqlarını daşıyan humanitar yardım Ukraynanın enerji infrastrukturunun bərpasına kömək etmək üçün yola düşüb. Azərbaycana davamlı dəstəyinə görə təşəkkür edirik!”, - səfir qeyd edib.