EN

Peskov Bakıdakı “Rus Evi”nin bağlanmasından danışdı. Moskva hansı addımlar atacaq?

Moskva Bakıda “Rus Evi”nin bağlanması məsələsini müxtəlif səviyyələrdə, ola bilsin ki, ən yüksək səviyyədə həmkarları qarşısında qaldıracaq 

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz buna təəssüflənirik və inanırıq ki, bu, ikitərəfli təmaslar vasitəsilə həll edilə bilən anlaşılmazlıqdır. Biz bu məsələni müxtəlif səviyyələrdə olan həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələnin gündəmə gətiriləcəyini yəqin ki, istisna etmirik. Biz bu məsələləri yaxşı, ənənəvi münasibətlərimizi rəhbər tutaraq dialoq yolu ilə həll edəcəyik”, Peskov deyib.

Xatırladaq ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota verib.

Chosen
16
buta.media

1Sources