EN

Terror aktları hazırlayan 4 qadın saxlanıldı: Onları 30 ilə qədər həbs gözləyir

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopol, Voronej və Rostov-na-Donu şəhərlərində Rusiyanın yüksək rütbəli hərbçilərinə və yanacaq-energetika obyektlərinə qarşı terror aktları hazırlayan Ukrayna xüsusi xidmət orqanlarının dörd qadın agentinin həbs edildiyini bildirib.

Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

"Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sevastopol, Voronej və Rostov-na-Don şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş dörd qadın agenti aşkar edib", - xüsusi xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib.

Məlumata görə, məhbuslar Ukraynada atıcı silahlar, mina və partlayıcılarla işləmə, PUA-ya nəzarət və müşahidənin aşkarlanması üsulları üzrə təlim keçiblər.

"Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı xeyli miqdarda partlayıcı maddələr, partlayıcı maddələrin sintezi üçün kimyəvi prekursorlar, elektrik detonatorları, PUA-ların hazırlanması üçün təlimatlar, eləcə də Ukrayna kuratorları ilə əlaqə vasitələri götürülüb", - İctimaiyyətlə Əlaqələr Mərkəzindən qeyd olunub.

FTX-nin istintaq bölmələri qadınlara qarşı “terror cinayətləri” maddəsi ilə cinayət işi açıb.

"Saxlanılan şəxslərdən etiraflar alınıb. Onları 30 ilə qədər həbs gözləyir", - idarədən bildirilib.

Chosen
13
1
publika.az

2Sources