EN

Nə yaxşı kitab oxuyan var...

Kitab oxuyan adam görəndə elə bil ki, dünyanı mənə verirlər.

Çünki kitab  oxuyan adam mərhəmətli olur, savadlı olur, paxıllıq eləmir, dar gündə  insanlara arxa durur.  Amma bizim millət də  almanlar, fransızlar, ingilislər, yaponlar, ruslar kimi  kitab oxuyan  deyil.Ona görə də o millətlərlə  ayaqlaşa bilmir,  geridə qalırıq. Amma min şükür, Afrika və Asiya  xalqları ilə müqayisədə biz bir addım irəlidəyik. Onlar  heç kitab oxuyan deyil, yenə biz hərdənbir  kitab oxuyuruq. O günü metroda qatarla işə gedəndə   əyləşdiyim vaqonda əksəriyyəti gözünü mobil telefonun ekranına zilləmişdi.

Təkcə bir xanım  kitab  oxuyurdu.Kitabı  ilə həvəslə mütaliə edirdi  ki, heç başını qaldır ətrafına belə baxmırdı. O xanım milli  tərzdə geyinmiş və  çox  əxlaqlı bir insan idi. Sözün düzü onun   milli tərzdə geyiminə  və  kitab oxumağına baxıb çox sevindim.  Sevindim ki, hələ də bəzi insanlarda kitaba böyük məhəbbət var!  

Və nə yaxşı ki,  kitabı sevən, oxuyan  belə gənclərlə üzləşirik. Axı əksər gənclər sosial şəbəkələrə maraq göstərir. Amma  nə müasir texnologiya,   nə də , vallah, sosial şəbəklər  kitabın yerin verə bilmir və bundan sonra da  verə bilməyəcək!

Emil Faiqoğlu         

Chosen
12
adalet.az

1Sources