Suriya ölkə ərazisindəki Rusiya hərbi bazalarının saxlanılmasının şərtini açıqlayıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, rəsmi Dəməşqin məsələ üzrə mövqeyinə ölkənin keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Qasra "The Washington Post" qəzetinin müxbirinin müvafiq sualını cavablandıranda aydınlıq gətirib.
O bildirib ki, Rusiyanın Tartus və Hmeymimdəki hərbi bazalarının mövcudluğu Suriya üçün faydalı olarsa, onlar ölkə ərazisində saxlanılacaqlar:
"Suriya üçün fayda götürsək, o zaman bəli".
"Cebheinfo.az"