EN

Fransa kubokunda 1/4 finalın cütləri bəlli oldu

Futbol üzrə Fransa kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsində üz-üzə gələcək bütün cütlər müəyyənləşib.

Arena.az xəbər verir ki, Fransa nəhəngi PSJ yarımfinala vəsiqə uğrunda “Brioşen”lə üz-üzə gələcək.

Liqa 1 təmsilçilərindən “Reyms” “Anje”yə, “Brest” “Dunkerk”ə, “Genqam” isə “Kann”a rəqib olub.

Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri 25-27 fevral aralığında keçiriləcək.

Fransa Kuboku
1/4 final
25-27 fevral

“Brioşen” – PSJ
“Anje” – “Reyms”
“Brest” – “Dunkerk”
“Kann” – “Genqam”

Xatırladaq ki, Fransa Kubokunda 2023/2024-cü illər mövsümünün qalibi PSJ olub. Paris təmsilçisi cari mövsümdə də bu turnirin əsas favoritidir.

Chosen
90
arena.az

1Sources